“Məhkəmə sistemi tamamilə dəyişdirilməlidir” – VAHİD ƏHMƏDOV

57

“Məhkəmə-hüquq sistemində aparılan islahatlar bizi qane edə bilməz”.

Hurriyyet.org xəbər verir ki, bunu Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, məhkəmələrdən deputatlara minlərlə şikayət daxil olur:

“İnsanlar məhkəmələrdən narazıdır. Bank sistemi ilə əlaqədar məhkəmələrdə ədalətsiz qərarlar olur. Hesab edirəm ki, məhkəmə sistemi tamamilə dəyişdirilməlidir. Hakimlər qərar qəbul edəndə vicdanlarını qabaqlarına qoyub qərar qəbul etsinlər”./report/