Məhkəmə “Əkinçi” qəzetini cərimələdi

39

Zərdab Rayon Məhkəməsi “Əkinçi” qəzetinin inzibati qaydada cərimələnməsi barədə qərar çıxarıb.

Hurriyyet.org report-a istinadənxəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin qəzetin cərimələnməsi barədə protokol tərtib edib.

Protokol qəzetin Zərdab şəhərindəki üçmərtəbəli inzibati binada icarəyə götürdüyü 44 kvadratmetr qeyri-yaşayış sahəsində yanğın təhlükəsizliyi üçün xəbərverici siqnalizasiya quraşdırmaması, ilkin yanğınsöndürmə alətləri almaması, naqillərin izolyasiyasının gərginliyə qarşı müqavimətini yoxlatdırmaması ilə bağlıdır.

Hakim Tahir Qubadov bu protokola əsasən, “Əkinçi” qəzetinin 100 manat cərimə edilməsi barədə qərar çıxarıb.