Məhbub Zülfüqarlıya qarşı daha bir məhkəmə iddiası

129

ADP İmişli Rayon Təşkilatının sədri Məhbub Əvəz oğlu Zülfüqarlı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Qəzetimiz vasitəsilə prezident İlham Əliyevə müraciət edən M.Zülfüqarlı İmişli Rayon Polis Şöbəsinin rəisindən şikayətçidir: “İmişli RPŞ rəisi F.Şıxalıyev bir ayda 2-ci dəfədir məni məhkəmələrə çəkir. Birinci prosesi məhkəmə sədri Q.Hacıyev araşdırıb, baxılmasından imtina etdi. İkinci məhkəməyə isə hakim Ülvü Qənbərov 23 noyabr 2020-ci il yenidən baxmalıdır.

RPŞ rəisinə bir neçə dəfə Sizin jurnalistlərlə bağlı tövsiyənizi xatırlatmışam: “Mətbuata heç vaxt hücum etmək olmaz. Xüsusi ilə dövlət işində işləyənlər, məmurlar, digər vəzifəli şəxslər tərəfindən bu, yol verilməzdir”.

Lakin 10.08.2020-ci ildə “Turaninfo.az” saytında “Erməni öz körpəsinə beşiyindən  diqtə edir ki, türk sənin düşmənindir” sərlövhəli yazı yazmışdım. 18.09.2020-ci ildə RPŞ rəisi hörmətli F.Şıxalıyevlə bazar ətrafında rastlaşdıq. Ona əl uzadanda, əlimi itələyib “səninlə məhkəmədə görüşüb, səni diz çökdürəcəyəm”, dedi. Halbuki, o, məni təhqir edib, RİH-in qarşısında mənə “gəlib başçıdan da rüşvət istiyirsən? Səni dizi üstə qoyacağam, səni içəridə dizi üstə oturdacağam”, – deyərək, orada duran 6-7 polis nəfərinə göstəriş verdi ki, bunu prokotollaşdırıb basın içəri. Xaricdəki söyüş makinası ilə rəisin fərqi nədir? Rəisin özünü ağa kimi aparmasına son qoyulmalıdır.

Göründüyü kimi, RPŞ rəisi məni təhqir etiyini etiraf etmək əvəzinə, məni məhkəmə yollarında qoyur. Sonra yazır ki, Zülfüqarlı vəzifəli şəxslərə böhtan atmağı vərdiş etmişdir. “O, İmişli məhkəməsinin 06 iyul 2017-ci il tarixli hökümü ilə Saleh Səmədov adlı vətəndaşa böhtan atdığına görə 147-ci maddəsi ilə 5 ay müddətinə azadlıqdan məhrum edilmişdir, hətta məhkəmə hakimlərinə də böhran atıb onları nüfzdan salmaya çalışır”, – yazır.

İddiada göründüyü kimi, o, mənim şərəf və ləyaqətimi alçaldıb. Mən onu məhkəməyə verməkdənsə, polis rəisi məni həbs etdirməklə hədələyir.

Sözsüz ki, mənim haqqımda daim qərəzli olan belə hallardan sui-istifadə edən bir vəkilə iddianı yazdırıb, vəkil isə nə qədər ruhlanıbsa, məhkəmə prosesində mənim həbsimi tələb edəndə, hakim onu qınadı, ittihamların ədalətsizliyini araşdırıb, rədd etdi. RPŞ rəisi yox, vəkil məni hakimlərlə üzbəüz qoyur. Halbuki, təhqir olunan mənəm, rəis yox”.

Qeyd edək ki, M.Zülfüqarlı ona qarşı iddianın əsassız olduğunu nəzərə alıb, ölkə başçısından bu məhkəmə işini diqqətdə saxlamağl xahiş edir.

KƏNAN