Məhbub Zülfüqarlıdan Baş prokurora müraciət

510

“Kimdən şikayət edirəm, məktublarımı ona göndərirlərsə, o halda mən niyə mənəvi və maddi zərər çəkməliyəm?”

ADP İmişli Rayon Təşkilatının sədri Məhbub Əvəz oğlu Zülfüqarlı tərəfindən redaksiyamıza növbəti şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Hörmətli Prezident!

Sizə dəfələrlə müraciət edəndən sonra 19.11.2020-ci ildə ƏƏSMN “DOST İş Mərkəzi”nin direktoru F.Cəbrayılov mənə təşəkkür məktubu göndərdi. ƏƏSMN yanında dövlət Əmək Müfəttişliyi xidmətinin Bakı şəhər İdarəsi məktub göndərdi ki: “Əmək Məcəlləsinin 11-ci maddəsinə əsasən, yaşadığınız yer üzrə Dövlət Məşğulluq Xidmətinin aidiyyatı qrumuna müraciət etməyiniz tövsiyə olunur”.

Hansı ki, mən həmin idarədə 10 il əvvəl qeydiyyata alınmışdım, 2020-ci ilin aprel ayında isə həmin idarənin rəisi olmuş Elxan Rüstəmov təkrar qeydə alandan sonra, özünü işdən çıxardılar. Onun yerinə ƏƏSMN rəhbərinin müavini Vüsal Nəsrilinin xalası oğlu Mirşəmil Seyidov təyinatla göndərildi. Bu şəxs isə imkan vermədi ki, nə 190 manatı alım, nə də ki “DOST İş Mərkəzi”nin vasitəsi ilə işə təyin olunum.

Yenidən Sizə müraciət etsəm də, mənə kömək edilmədi. Doğrudur, Vüsal Nəsirlinin xalası oğlu vəzifədən qovuldu. İmişli Məşqulluq xidməti idarəsinə isə ƏƏSMN-nin rayon şöbəsindən korrupsiya faktına görə qovulmuş Nofəl Atakişiyev təyin edildi. Bu dəfə isə “DOST İş Məkəzi”ndən bir xanım məmur mən zəng edərək bildirdi: “Siz Prezident Aparatına şikayət etmisiniz. Amma sizə “Dost İş Mərkəzi”ndən kart verilib, niyə “komxoz”da qeydiyyata durub, təmizlik işləri və sosial xidmətlərin göstərilməsində işləmirsiniz”.

Mən cavab olara bildirdim ki, “mənə kartın verilməsinə etirazınız var, qaytara bilərəm. Mən ADP RT sədri, ali təhsilli iqtisadçı kimi gedib küçə süpürməyi rəva görürsüz? ƏƏSMN-nin İmişli şöbəsindən korrupsiya faktı ilə vəzifədən çıxarılmıış Nofəl Atakişiyevi gətirib İmişli Məşğulluq İdarəsinə rəis qoymusunuz, həm də, onu müdafiə edirsiniz. Axı, cənab prezident onlara qarşı mübarizəni özü başladıb”. Bu sözlərimdən sonra xanım telefonu qapatdı.

Mən yenidən Baş prokurora müraciət edirəm. Kimdən şikayət edirəm, məktublarımı ona göndərirlərsə, o halda mən niyə mənəvi və maddi zərər çəkməliyəm? Bu ötür-ötür nə vaxta qədər davam edəcək?

Sonda RİH-nin başçısı cənab Elçin Rzayevə təşəkkür edirəm ki, “DOST İş Mərkəzi”nin İmişli şöbəsinə Naib Teymurovu təyin edib. Naib müəllim uzun illər idi ki, şəhər icra nümayəndəliyində mütəxəssis idi. Ləyaqətli və alicənab şəxsdir. Ümumiyyətlə, təzə başçı vicdanlı işçiləri vəzifələrə təyin edib. “Komxoz” rəisi Cahangiri qovub, yerinə Feyzi Zakir oğlunu təyin edib ki, hörmət qazanmış şəxsdir”.

 

Hazırladı: KƏNAN