“Məhəmməd Mürsinin oğlu zəhərlənərək öldürüldü”

78

Hurriyyet.org xəbər verir ki, Misirin qiyamçıların əli ilə devrilmiş keçmiş Prezidenti Məhəmməd Mursinin ailəsinin London şəhərindəki vəkilləri onun oğlu Abdullah Mürsinin zəhərlənərək öldürüldüyü iddiası ilə çıxış ediblər. Vəkillər Abdullah Mürsiyə iynə ilə ölümcül bir maddə yeridildiyini təsdiqləyən məlumatlar əldə elədiklərini bildiriblər.

İddiaya görə, Abdullah Mursini qəsdən, planlaşdırılmış şəkildə 20 kilometrdən uzaqda olan xəstəxanaya aparıblar.

Hüquq bürosunun başçısı Tobi Kedmin Abdullah Mursinin atasının ölümü ilə əlaqədar hökumət işçilərini ittiham eləməsindən sonra qorxu içərisində yaşadığını bildirib.

Mursi ailəsinin vəkilləri hadisə ilə bağlı müstəqil təhqiqat aparılması çağırışı ediblər.

Misirin keçmiş Prezidenti Məhəmməd Murisinin 25 yaşlı oğlu Abdullah Mursi, ötən il avtomobilin sükanı arxasında ikən infarkt keçirmiş və paytaxt Qahirədəki bir xəstəxanada vəfat etmişdi.