Məcburi köçkünlərin yaşadığı ərazidə dağıntı baş verib – SAKİNLƏR TƏXLİYƏ EDİLDİ

390

Xırdalanda məcburi köçkünlərin yaşadığı zavod ərazisində dağıntı baş verib. Hadisə nəticəsində bir neçə avtomobil dağıntılar altında qalıb. Daha sonra uçqun altında qalan avtomobillər alışaraq partlayıb.

Hurriyyet.org xəbər verir ki, əraziyə polis və FHN əməkdaşları cəlb edilib. Baş vermiş dağıntıdan sonra, sakinlər təxliyə olunub.

Sakinlər bildirirlər ki, dəfələrlə Məcburi Köçkünlərlə iş üzrə dövlət komissiyasına müraciət etsələr də, şikayətlərinə baxılmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.