Luqanskda azərbaycanlı iş adamı qaçırılıb

60

Luqansk vilayətində 1982-ci il təvəllüdlü, əslən Azərbaycanın Ağdam rayonundan olan, Ukrayna vətəndaşı, iş adamı Əbilov Tofiq Ağamirzə oğlu naməlum şəxslər tərəfindən qaçırılıb.

“Report”un Avropa bürosunun məlumatına görə, Alçevsk şəhəri ətrafında yaşadığı yerə yaxın ərazidən qaçırılan azərbaycanlı iş adamı buna qədər də bir neçə dəfə təhdid olunduğu bildirilir.

Bildirilir ki, o, iyulun 3-ü axşam saatlarında maşının qarşısını kəsən naməlum şəxslər tərəfindən naməlum istiqamətə aparılıb. Artıq 1 həftəyə yaxındır azərbaycanlı iş adamından heç bir xəbər yoxdur.

Qeyd edək ki, iş adamının oğurlandığı ərazi separatçıların nəzarətindədir.