Lukaşenkonun Moskvaya səfəri zamanı vacib sənədlər imzalanacaq – Kreml

45

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitriy Peskov açıqlayıb.

O bildirib ki, Lukaşenkonun səfəri 14 sentyabr bazar ertəsi günü baş tutacaq:

“Bu, işgüzar səfər olacaq. Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. Görüşün sonunda ortaq sənədlərin imzalanması gözlənilmir. Prezidentlər görüşünün nəticələri barədə ictimaiyyətə məlumat verəcək”.