Lukaşenkonun andiçmə mərasiminin TARİXİ BƏLLİ DEYİL

63

MSK: “İki ay ərzində keçiriləcək”

Belarus Prezidenti Aleksandr Lukaşenkonun andiçmə mərasimi iki ay ərzində keçiriləcək. Bu barədə Belarus Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

“Andiçmə mərasiminin konkret tarixi məlum deyil. Mərasim iki ay müddətində keçiriləcək”, – deyə MSK-dan bildirilib.

Qeyd edək ki, Belarusda president seçkiləri avqustun 9-da keçirilib. MSK-nın məlumatına görə, hazırkı Prezident Lukaşenko seçicilərin 80 faizindən çoxunun səsini toplayıb. Belarus xalqı isə 10 gündür ki, seçkilərin nəticələrinə etiraz edir. \\Ayna