Lukaşenkodan qəribə bəyanat: “Biz vacib bir söhbəti dinləmişik, Navalnını zəhərləməyiblər”

60

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın baş naziri Mixail Mişustinlə söhbətində qəribə bəyanat səsləndirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, “Varşava və Berlin arasında mühüm bir danışığı lentə aldıqlarını, burada Angela Merkelin Aleksey Navalnının zəhərlənməsi haqqında fikirlərinin yalan olmasının ortaya çıxdığını söyləyib.

“Sizə söyləməliyəm ki, A.Merkelin Aleksey Navalnının zəhərlənməsi barədəki çıxışına qədər bizim radioelektron kəşfiyyatımız vacib bir söhbəti dinləməyə müvəffəq olub. Biz həmin danışığın məzmununu yazıb Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə göndərəcəyik. Burada Aleskey Navalnının zəhərlənməsi xəbərinin yalan olması açıq görünür. Aleksey Navalnı zəhərlənməyib”,-deyə o söyləyib.

Aleksandr Lukaşenko Angela Merkelin çıxışının xüsusi ekspert qrupu tərəfindən hazırlandığını ifadə edib. Onun fikrincə, burada əsas məqsəd Vladimir Putini Belarusun işlərinə qarışmaqdan çəkindirmək olub. Belarus rəhbəri Rusiyanın xüsusi xidmət orqanlarına situasiyanı ciddi şəkldə araşdırmağı təklif edib. “Qarşıdan Rusiya Dövlət Dumasına seçkilər gəlir. Buna görə də həmin ərəfədə bir rəzillik fikirləşirlər. Onların stili də bundan ibarətdir”,-deyə A.Lukaşenko qeyd edib.

Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Alkesandr Lukaşenonun bəyanatını ciddiyə aldıqlarını, Navalnı ilə bağlı situasiyasnın Qərbin xüsusi xidmət orqanlarının təxribatı olmasını isisna etmədiklərini bildirib.

Xatırladaq ki, dünən AFR hökumətinin nümayəndəsi Şteffen Zaybert Aleksey Navalnınım orqanizmində yalnız hərbi və sui-qəsd məqsədilə istifadə edilən “Noviçok” zəhərinin tapıldığını bəyan etmişdi.

Musavat.com