Lukaşenko “Vaqner” ordusundan danışıb: “Yevgeniy Priqojini şəxsən tanıyıram”

192

Ukraynalı jurnalist Dmitri Qordona verdiyi müsahibədə Belarus prezidenti Lukaşenko Rusiyanın gizli ordusu kimi tanınan “Vaqner” döyüşçülərindən danışıb.
 
Ölkə başçısı seçkilər öncəsi ölkəsində tutulan 33 muzdlunun fəaliyyətlərini tam izlədiklərini bildirib.

Telefonla kiminlə danışdıqlarını, Rusiyadan nə təlimat aldıqlarını, bu təlimatı kim verdiyini hamımız bilirik,”-deyən Lukaşenko Rusiyanın Belarusu itirməkdən qorxduğunu, lakin yenə də səhvə yol verdiyini vurğulayıb: “Səhv üstünə səhv edirlər. Niyə bizi boğurlar? Biz sizinlə eyni xalqıq, axı”.

Rusiya Prezidenti Vladimir Putinin Belarusda qeyri-sabitlik yaratmaq səyləri haqqında məlumatlı ola biləcəyini ifadə edən Lukaşenko Belarusun təhlükəsizlik qüvvələrinin hər vəziyyətə hazır olduğunu da gizlətməyib.

Müsahibəsində “Vaqner” ordusu barədə bəzi məlumatlar verən Lukaşenko həmin silahlı qüvvələrin qurucusu, “Kremlin aşbazı” kimi tanınan Yevgeniy Priqojini şəxsən tanıdığını, əvvəllər ona hədiyyələr verdiyini deyib. Bununla belə, “Vaqneri” onun idarə etmədiyini söyləyən Lukaşenko, “Kremlin aşbazının” “bəzilərinin” əlində oyuncaq olduğuna təəssüflənir: “Əlbəttə ki, Priqojin Wagner ilə əlaqəli olduğuna görə təəssüf edirəm. Digər tərəfdən, o, başqalarının əlindəki oyuncaqdır. Qərar qəbul etmir, amma təşkilati işləri o görür. Bu, onun işidir. Priqojin onların (döyüşçülərin) pullarını ödəyir”.

Vaqnerin arxasında kim olduğunu bildiyini ifadə edən Lukaşenko bu insanların Rusiya hakimiyyətinin üst mərtəbələrində yer aldıqlarını bildirib. “Bu insanlar Prigojindən daha yuxarı səviyyədədirlər, bəzi nazir müavinləridir”,- Lukaşenko belə deyib. \\Ovqat.com