Lukaşenko Təhlükəsizlik Şurasını topladı “Bizi ləngitmək istəyənlər bunu bacarmayacaq”

72

Belarus Prezidenti Aleksandr Lukaşenko təcili olaraq Təhlükəsizlik Şurasının bölgə liderlərinin iştirakı ilə yeni iclasını çağırıb.

“Belta” xəbər verir ki, o, əvvəlcə respublikadakı vəziyyətlə bağlı çıxış edib, daha sonra isə iqtisadi məsələlərin müzakirəsinə keçib.

“Kənddə heç kim işi ləğv etməyib. Taxıl biçini yığımı kampaniyası başa çatmaq üzrədir. Taxılın 10% -ni yığmaq qalıb”,- deyə ölkə başçısı bildirib.

Prezident indiki ictimai-siyasi vəziyyətdə bir sıra vətəndaşlara qarşı baş verən təhdid və təzyiqlərdən də danışıb: “Bütün ölkə, ümumiyyətlə böyük əksəriyyətin işlə məşğul olmasına baxmayaraq, ictimai-siyasi vəziyyət baxımından çətinliklər hələ də qalır. Bizi ləngitmək istəyənlər bunu bacarmayacaq”.

Xatırladaq ki, daha əvvəl A.Lukaşenko Təhlükəsizlik Şurasını çağıraraq, yeni prezident seçkilərindən sonra yaranmış böhran vəziyyətini müzakirə etmişdi.

Belarusda dövlət televiziyası işçilərini rusiyalılarla əvəzləyiblər

Belarusda ədalətli seçkinin keçirilməsinə imza atan Milli Dövlət Teleradio Şirkətinin əməkdaşları işə buraxılmayıblar.

Bu barədə məlumatı “tut.by” yayıb.

Əməkdaşlardan birinin sözlərinə görə, Rusiyadan Belarusa iki təyyarə rusiyalı mütəxəssis göndərilib. O qeyd edib ki, onlar etirazda iştirak edən belaruslu mütəxəssislərin vəzifələrini icra edəcəklər.

Xatırladaq ki, avqustun 17-də Belarus Milli Dövlət Teleradio Şirkəti əməkdaşları tətilə çıxıblar, “Belarus 1” telekanalının canlı efiri boş qalıb.

Aİ Belarus xalqına 53 milyon avro ayıracaq

Avropa İttifaqı Belarus xalqına əlavə 53 milyon avro yardım ayıracaq.

TASS xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib.

Qeyd olunub ki, yardıma həmçinin repressiya qurbanlarına ayrılan 2 milyon avro da daxildir.

Aİ Belarusa qarşı yeni sanksiyalar tətbiq edəcək

“Avropa İttifaqı Belarusda zorakılıq və seçki saxtakarlığına görə məsuliyyət daşıyanlara qarşı sanksiya tətbiq edəcək”.

“RİA Novosti” xəbər verir ki, bunu Belarusla əlaqədar keçirilən sammitdən sonra Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel söyləyib.

Bildirilib ki, sanksiyalar həmçinin ölkə rəhbəri Aleksandr Lukaşenkoya qarşı da tətbiq edilə bilər.

Xatırladaq ki, avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib. İllər sonra ölkədə böyük maraqla qarşılanan seçkilərdə, yekun nəticələrə görə, hazırkı Prezident Aleksandr Lukaşenko 6-cı dəfə qalib olub. Bunun nəticəsində ölkənin bir sıra bölgələrində kütləvi dinc etirazlar başlayıb. Polislə qarşıdurmaya çevrilən nümayişlərdə minlərlə insanın saxlanıldığı, bir neçə nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilib. Müxalifətdən olan A.Lukaşenkonun əsas rəqibi Svetlana Tixanovskaya güc strukturlarına üz tutaraq xalqa qarşı güc tətbiq etməməyə çağırıb. Etirazlar fonunda ölkənin MSK sədri Lidiya Yermoşına Hökumət evindən təxliyə edilib. Seçkilərdən 2 gün sonra S.Tixanovskaya təhlükəsizlik məqsədilə ölkəni tərk edərək Litvaya üz tutub.Hurriyyet.org