Lukaşenko qonşu ölkələrə sərt etirazını bildirdi: “Sanksiyanın nə olduğunu onlara göstərəcəyik

75

Hurriyyet.org xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko seçkilərdən sonra qonşu ölkələrin onlara qarşı sanksiya qərarı  almasından qoxmadıqlarını bildirərək deyib: “Baxaq görək kim kimi qorxudur. Sanksiyanın nə olduğunu onlara göstərəcəyik”.

Lukaşenko Belarusa qarşı sanskiyalara cavab veriləcəyini vurğulayan Lukaşenko qonşu ölkələr olan Litva və Polşanın Belarus vasitəsi ilə Rusiya və Çin ilə əlaqə yaratdıqlarını xatırladıb.

Belarusun sərhədlərini onlara sanksiya tətbiq edən ölkələrin üzünə bağladacaqlarını bildirən Lukaşenko artıq bu ölkələrin Baltik, yaxud da Qara dəniz vasitəsilə şərqdəki ölkələrlə əlaqə yaratmağa məcbur olduqlarını söyləyib.

Lukaşenko deyib: “Bizi diz çökdürəcəklərini, tanklarla, raketlərlə qorxudacaqlarını zənn etdilər. Görək kim kimi qorxudur. Sanksiyanın nə demək olduğunu onlara göstərəcəyik”.

Litva büdcəsinin 30%-nin Belarusun bu ölkədəki liman vasitəsilə apardığı ticarət vasitəsilə təmin olunduğunu söyləyən Lukaşenko hökumətə “bütün ticarət mallarının Litva limanlarından başqa yerə aparılması” göstərişi verdiyini bildirib.