Lukaşenko Qərb dövlətlərinə məsləhət verdi: “Öz problemlərini müzakirə eləsinlər”

66

Hurriyyet.org xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Qərb dövlətlərinə tövsiyələr verib, onlara Belarusun vəziyyəti ilə deyil, öz ölkələrinin daxili problemləri ilə maraqlanmalı olduqlarını deyib.

Lukaşenko Təhlükəsizlik Şurası ilə keçirdiyi iclasda seçkilərdə qələbə qazanmasından sonra özünə qarşı etirazlar və Konqstitusiya dəyişikliyi tələblərləri ilə bağlı çıxış edib.

Belarusda dəyişiklik tələb edənlərin bunu qanunlar çərçivəsində etməli olduğunu vurğulayan Lukaşenko deyib: “Dəyişikliklər Konstitusiyada yazılı olmalıdır. Konstitusiya dəyişikliyi üçün işlər güclü tempdə davam edir”.

Lukaşenko, xalq tərəfindən dəstəklənəcəyi təqdirdə yeni Konstitusiyanın qəbul ediləcəyini qeyd edib.

Qərbli dövlətlərin açıq bir şəkildə Belarusdakı etirazçılara nağd pul yardımı göndərərək dəstəklədiklərini söyləyən Lukaşenko bu dövlətlərin ölkədəki etirazlarla bağlı iclas keçirmələrinə də etiraz edərək deyib: “Qərb dövlətlərinə məsləhət görürəm ki, barmaqlarını bizə uzatmazdan əvvəl iclaslarının gündəliklərinə Fransadakı “sarıjiletlilər” məsələsini və ABŞ-dakı qorxunc etirazları salsınlar. Hər şeydən əvvəl Almaniya və Avropanın digər ölkələrindəki yeni tipli koronavirus izolyasiyalarına qarşı etirazları müzakirə eləsinlər”.