Lukaşenko ölkənin cənubundakı çevriliş cəhdindən danışıb

96

 

Hurriyyet.org xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko 9 avqustda keçirilən seçkilərdən sonra 200-300 nəfər etirazçının respublikanın cənubunda yerləşən şəhərlərdən birində yerli icraiyyə hakimiyyətini ələ keçirməyə cəhd elədiklərini söyləyib. Belarus liderinin sözlərinə görə, onları oraya qanunsuz etiraz aksiyalarının xaricdəki təşkilatçıları yerləşdiriblər.

Lukaşenko deyib: “Bu gün 200-300 nəfər insan etirazların təşkilatçıları tərəfindən Belarusun cənub ucqarında yerləşən şəhərə göndərilib və orada icraiyyə komitəsini mühasirəyə alıb… İşə sərhədçilər qarışmalı olub – orada sərhəd dəstəsi yerləşir. İnsanları müəyyən nöqtələrdə toplayaraq, hakimiyyət orqanlarını ələ keçirmək istəyiblər”.