Lukaşenko Moskvaya həmişəlik qalmaq üçün gedir

129
Məşhur siyasətçi Andrey Piontkovski Belarusun prezident səlahiyyətlərini mənimsəyən Aleksandr Lukaşenkonun gələn həftə Moskvaya səfərini şərh edərək, onun biryolluq olaraq Moskvada qalacağını proqnozlaşdırır.
Moderator.az Piontkovskinin məqaləsini təqdim edir.
“Belarus yalnız müstəqilliyi pozmayan inteqrasiyaya razıdır. Fövqəlmilli orqanların yaradılmasını və ya vahid valyutanın tətbiq olunmasını təmin edən 31-ci “yol xəritəsi”  müzakirə belə edilmir “- müstəqil dövlətin diktatoru Lukaşenko 24 dekabr 2019-cu ildə  fikirlərini  qranitə  bu cür tökmüşdü. Bu gün isə qorxu içində, rezidensiyasının damında avtomatla qaçan  bu eybəcər  yeni vətəninin Brestdən Vladivostoka qədər olduğu haqqında  mahnı oxuyur.
Özlərini “Rusiya siyasi elitası” adlandıran Kremlətrafı mal-qara sürüsü ,  öz geosiyasi gedişlərinə baxıb tərli əllərini bir-birinə sürtür:
“İndi Rusiya-Belarus inteqrasiyası sözdə deyil, əməldə və çox tezliklə baş verəcək. Söhbət ortaq valyutadan, ortaq idarəetmə orqanlarından və ortaq rəhbərlikdən gedir. Burada həlledici amil iki prezidentin yaxın gələcəkdə baş tutacaq görüşüdür və sentyabrın 3-də Minskdə Rusiya hökumətinin başçısı Mixail Mişustin ilə Aleksandr Lukaşenkonun  görüşü dövlət başçılarının görüşünə hazırlıq mərhələsi oldu”.
Kremlə qarşı simpatiyalarını heç vaxt gizlətməyən  babariklər, tsepkalolar ( Belarus Koordinasiya şurasının üzvləri Babariko və Tsepkalo nəzərdə tutulur) Kreml layihəsinin bir hissəsi kimi  örtüklərini açdılar. Lukashenkonu qalib olaraq tanıyan cəhənnəmdən qalxan bir tosqun Gazprom adamının müraciəti, təsadüfən Lavrov və Lukaşenkonun “konstitusiya islahatı” ilə bağlı açıqlamaları ilə sinxron olaraq ortaya çıxmayıb. Kremlin dilində konstitusiya islahatı Belarusun Rusiyaya birləşdirilməsidir.
Seçkiləri həqiqətən qazanan Svetlana Tixanovskaya haqlı olaraq özünü Babarikin züy tutanı olmadığını göstərdi və bir belaruslu ev xanımı və Belarusun yeni seçilmiş prezidenti olaraq Kremlin  və  onun itaətkar nökərinə çevrilmiş Lukaşenkonun yaxın planlarını mükəmməl başa düşdüyünü nümayiş etdirdi:
“Mən həmişə söyləmişəm və təkrar edirəm ki, müstəqillik danışıqlar predmeti ola bilməz və ya müzakirə edilə bilməz. Lukaşenkonın imzalayacağı qərar və razılaşmaların yeni hökumət tərəfindən tanınacağına şübhə edirəm. Bunun səbəbi hamıya bəllidir: xalq Lukaşenkoya etibar etməkdən imtina etdi.”
Xanım Prezidentin düşüncəsini inkişaf etdirmək üçün özümə imkan verirəm. Yeni bir hökumət gözləməyə ehtiyac yoxdur. Bunu gözləməmək də olar. Vətən xaini Lukaşenkonun gələn həftə Moskvada imzalayacağı müqavilələr bu gün cırılıb atılmalıdır. Daha doğrusu, sabah- 6 sentyabr bazar günü. Belarus inqilabının ən kütləvi mitinqində “Müstəqillik uğrunda, Putinin Birləşməsinə yox!” deyilməlidir.
Lukaşenko Moskvaya ( Rostova)  öz taleyi ilə görüşmək üçün həmişəlik uçmalıdır.