Lukaşenko hakimiyyətini qoruya biləcəkmi? – ŞƏRH

81

“Rusiya israrla Lukaşenkonu dəstəkləməkdə davam edəcəksə, bu böhran bir qədər də uzanacaq. Təxminən, Venesuelada baş verən oxşar proseslər yaranacaq. Venesuelada da böyük kütlələr xalqın tərəfindəydi. Orda da böyük mitinqlər və aksiyalar keçirildi. Lakin, Maduro bunların heç birinə əhəmiyyət vermədi və hələ də hakimiyyətdə qalmağa davam edir. Ehtimal olunur ki, Lukaşenkonun hakimiyyət müddəti bir qədər də uzana bilər”

Bunu Hurriyyet.org-a siyasi şərhçi Şahin Cəfərli bildirib. O, Rusiyanın siyasi baxımdan Lukaşenkonu dəstəklədiyini qeyd edib:

“Hazırda proses dalana dirənib. Tərəflərin bu vəziyyətdən necə çıxacağı hələ ki, məlum deyil. Bilirsiniz ki, müxalifət tərəfdarlarının kütləvi aksiyaları davam edir. Həftə sonları yüz minlərlə insanın iştirakı ilə daha böyük mitinqlər keçirilir. Müxalifət tərəfinin əsas tələbi bundan ibarətdir ki, yeni demokratik seçki keçirilsin və hər kəs o seçkidə iştirak etsin. Görünən odur ki, Lukaşenko hələ ki dioloqa getmək fikrində deyil. Belə görünür ki, kütləvi aksiyalara güc tətbiq etməklə boğmaq fikrindədir. Gündəlik olaraq müxalifət nümayəndələrinin həbsi davam edir. Gün ərzində 10-15 nəfər həbs edilir.

Məncə, bu yolla etirazların qarşısını almaq mümkün deyil. Təbii ki, burda xarici amil çox önəmlidir. Avropa Birliyi tərəfindən Lukaşenkoya sanksiya tətbiq olunub. Hələ ki, kimlərə qarşı sanksiya tətbiq olunacağı tam bilinmir, amma siyahı hazırlanır. Lukaşenko rejiminin ən yüksək vəzifəli şəxslərinə qarşı sanksiyalar olacağı gözlənilir. Yəni, Avropa Birliyi və Qərb müxalifətin tələblərini dəstəkləyir. Lukaşenkonun hazırda arxağlandığı yeganə güc Rusiyadır. Rusiya açıq olaraq, Belarusdakı proseslərə müdaxilə etmədi. Ukraynadan fərqli olaraq, burda müdaxilələr olunmadı. Hər halda, sirr deyil ki, Rusiya siyasi baxımdan Lukaşenkonu dəstəkləyir. Onun bu günə hakimiyyətdə qalmasının əsas səbəbi Rusiyanın verdiyi dəstəkdən ibarətdir. Düşünürəm ki, proseslərin bundan sonra ki gedişatında Rusiyanın qərarı önəmli olacaq.

Rusiya israrla Lukaşenkonu dəstəkləməkdə davam edəcəksə, bu böhran bir qədər də uzanacaq. Təxminən, Venesuelada baş verən oxşar proseslər yaranacaq. Venesuelada da böyük kütlələr xalqın tərəfindəydi. Orda da böyük mitinqlər və aksiyalar keçirildi. Lakin, Maduro bunların heç birinə əhəmiyyət vermədi və hələ də hakimiyyətdə qalmağa davam edir. Ehtimal olunur ki, Lukaşenkonun hakimiyyət müddəti bir qədər də uzana bilər. Amma, mən bunu uzun müddət davam etməyəcəyini düşünürəm. Çünki,  artıq Lukaşenko xalqdan qopub”.

YƏHYA