Lukaşenko devrilərsə, Rusiya yardım etməyəcək – Blumberq

63

Belarus Prezidenti Aleksandr Lukaşenko yəqin ki, hakimiyyətdə qala bilməyəcək.

Axar.az xəbər verir ki, bu iddianı “Blumberq” agentliyi öz mənbələrinə istinadən yayıb. Mənbə Rusiyaya hazırda sərfəli olan məsələnin Lukaşenkoya yardım etmək yerinə müxalifətlə qarşılıqlı razılaşma əldə etmək olduğunu bildirib.

“Moskva Lukaşenkonun devrilməsinin qarşısını almaqda maraqlı deyil, amma onu tezləşdirməyə də tələsmir. Rusiya Lukaşenkonu zərərli sayır”.

Mənbə, həmçinin Kremlin Belarusa hərbi müdaxilə etmək istəmədiyini söyləyib.