Lukaşenko: “Belarusdan sonra Rusiya da çökəcək. Putinə xəbərdarlıq eləmişəm”

66

Hurriyyet.org xəbər verir ki, Belarusda seçkilərdən sonra etirazların davam elədiyi bir zamanda Prezident Aleksandr Lukaşenko maraqlı bir açıqlama ilə çıxış edib. Etirazların sosial media proqramı vasitəsilə koordinasiya edildiyini söyləyən Lukaşenko “bu vasitənin qarşısında” Rusiyanın davam gətirməyəcəyini və bu barədə həmkarı Vladimir Putinə xəbərdarlıq elədiyini söyləyib. Lukaşenko deyib: “Əgər bu gün Belarus çökərsə, ardından Rusiya da çökəcəkdir”.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, Lukaşenko rusiyalı jurnalistlərə müsahibəsində ölkədə yaranmış siyasi vəziyyətlə bağlı fikirlərini söyləyib.

Seçkinin nəticələrinə qarşı etirazların sosial media vasitəsilə koordinasiya edildiyini deyən Lukaşenko, bu üsulun qarşısında Rusiyanın da davam gətirə bilməyəcəyini vurğulayıb və Rusiya Prezidenti V.Putinə bu barədə xəbərdarlıq elədiyini bildirib. Lukaşenko deyib: “Teleqram kanallarına qarşı necə davam gətirirsiniz? Bu kanalların qarşısını ala bilərsinizmi? Heç kim bu kanalları əngəlləyə bilməz, hətta həmin şəbəkəni quran belə”.