Lukaşenko Balarusdakı vəziyyətə xarici müdaxilədən danışdı

69

 

Hurriyyet.org xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko respublikadakı mövcud vəziyyətdə xarici müdaxilə elementlərini gördüyünü bildirib.

Lukaşenko çıxışında deyib: “Nə baş verdiyini görürük. Bizi sülh aksiyaları və nümayişləri ilə yuxuya vermək lazım deyil. Dərinlikdə nə baş verdiyini görürük. Bunu çox yaxşı görürük. Həm də ki, axı biz rəngli inqilabların metodikalarını oxumuşuq. Bunu çox yaxşı görürük. Rəngli inqilabların metodikalarında artıq xarici müdaxilə peyda olub. Biz bu barədə bu gün Strateji İdarəetmə Mərkəzində danışacağıq”.