Lukaşenko Avropa İttifaqının açıqlamasına cavab verdi: “Tanımırsınızsa, tanımayın”

51

Hurriyyet.org xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Belarusda keçirilən mübahisəli seçkilərdən sonra andiçmə mərasimi ilə vəzifəsinin icrasına başlayan Aleksandr Lukaşenkonu Belarus Prezidenti olaraq tanımadıqlarını bəyan edib.

Lukaşenko isə bu açıqlamadan sonra deyib: “Tanımırıq”, –  deyə fəryad edirlər. Biz heç kimdən legitimliyimizin tanınıb-tanınmasını istəməmişik”.