Lukaşenko açıqlama verdi: “Hələlik sağam”

84

Hurriyyet.org xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Belarusu tərk elədiyi barəsində şayiələri təkzib edib. Lukaşenko söyləyib: “Əvvəla deyim ki, hələlik sağam, “prezident ölkəni tərk edib və hazırda xaricdədir” iddiaları ilə çıxış edən bəzi hörmətli “xəbərçilər”in dediyi kimi, xaricdə deyiləm. Bu gün ayın 14-üdür, inşaat sahəsindəki işi müzakirə eləmək üçün bu gün burada sizinlə görüşürük”.

Bəlli oduğu kimi, bazar günü respublikada prezident seçkiləri keçirilib, Lukaşenko 80 faiz səslə prezident seçilib. Rəqibi Svetlana Tixanovski isə ikinci yeri tutub. Müxalifət nəticələri tanımayıb. Ölkədə kütləvi etiraz nümayişləri başlanıb və artıq 5 gündür ki, davam edir.

Ən ağır vəziyyət Minskdədir: nümayişçilər barrikadalar qururlar. Hökumət qüvvələri onlara qarşı gözyaşardıcı qaz, işıq-küy qumbaraları və rezin güllələr tətbiq edirlər. Bir nəfər həlak olub, yaralılar xəstəxanalara yerləşdirilib. Yeddi min nəfərə yaxın insan tutulub.