Lozanna müqaviləsi pozulur – Türkiyə iki yeni “Navteks” elan elədi

108

Hurriyyet.org xəbər verir ki, Türkiyə iki yeni “Navteks” elan edib. Türkiyə ilə Yunanıstana arasındakı gərginliyin davam elədiyi bir zamanda Ankaradan kritik həmlə gəlib.

Türkiyə Lozanna müqaviləsi ilə müəyyənləşdirilmiş Semadirek, Limni və Bozbaba adalarının qeyri-hərbi statusunun pozulduğunu bəyan edərək iki fərqli “Navteks” elan edib.

Türk Hərbi Dəniz Qüvvələrinin Naviqasiya Hidrografiyası və Okeanoqrafiya İdarəsinin açıqlamasında Türkiyənin Smadirek və Limni adaları ilə Bozbaba adasının 1923-cü ildə imzalanmış Lozanna razılaşmasının əksinə silahlandırılıldığı, qeyri-hərbi statusunun pozulduğu üçün  “Navteks” elan edib.

Şərqi Aralıq dənizində isə təbii qaz axtarış işləri səbəbindən “Navteks” elan edilib.