İngiltərənin paytaxtı Londonda partlayış hadisəsi baş verib.
Hurriyyet.org xəbər verir ki, hadisə nəticəsində 30-a yaxın insanın yaralandığı bildirilir.
Partlayış Londonun Stamford-Hill bölgəsində meydana gəlib.
“Röyters”-in xəbərinə görə, hadisə bölgədə keçirilən yəhudilərin küçə festivalında baş verib. Festivalda şənlik fişəngləri alovlanıb və böyük partlayış yaradıb./publika.az/