Londonda vaxtı ilə Kəmaləddin Heydərovun oğlanlarına məxsus olan şirkətlər indi zərərlə işləyir – RƏSMİ

72

İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən “Cafe Baku Limited” şirkəti ötən ili üçün maliyyə hesabatı açıqlanıb.
“Cafe Baku Limited” şirkətinin öhdəlikləri 35 min 124 funt-sterlinq ( 44 min dollar) artaraq  398 min 223 funt-sterlinq (500 min dollar) olub.
Şirkətin aktivləri isə son bir ildə 39,6 min funt-sterlinqdən 25,3 min funt-sterlinqə düşüb. Bu son 8 ildə qeydə alınan ən aşağı göstərici olub.
“Cafe Baku Limited”in 2012-2019-cu ildək aktivləri belə olub:

2012 562 353  £
2013 699 703 £
2014 975 883 £
2015 351 249  £
2016 132 164 £
2017 69 646 £
2018 39 506 £
2019 25 338  £

Məlumat üçün bildirək ki, “Cafe Baku Limited” 13 oktyabr 2011-ci ildə İngiltərədə qeydiyyatdan keçib. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğlanları Tale və Nicat Heydərovlar şirkətin direktorları olub. Tale Heydərovlar şirkətə 13 oktyabr 2011 – 2 iyun 2012-ci illərdə, Nicat Heydərov isə 13 oktyabr 2011 – 5 fevral 2015-ci illərə kimi rəhbərlik ediblər. Hazırda şirkətin direktoru 57 yaşlı Gillian Ralston Jordandır. Bu xanım 2017-ci ildən “Cafe Baku Limited”ə rəhbərlik edir.
Onu da bildirək ki, Gillian Ralston Jordan eyni zamanda vaxtı ilə Tale və Nicat Heydərovların rəhbərlik etdikləri daha 2 şirkətin – “United Enterprises İnternational Limited” və “Uei Restaurants Limited”in direktorudur.
Açıqlanan sonuncu maliyyə hesabatında göstərilir ki, “United Enterprises İnternational Limited” şirkətinin 4 milyon 800 min,  “Uei Restaurants Limited” şirkətinin 12 milyon 404 min funt-sterlinq öhdəliyi olub.
Adları qeyd olunan hər 3 şirkət Londonda “Lime Street 52, The Scalpel 18th Floor” ünvanında qeydiyyatdadır./yeniavaz.com/