Londonda qonaq getməyi qadağan etdilər

60
Böyük Britaniyanın paytaxtı Londonda karantin rejimini sərtləşdirmək qərarı veriblər. Bu haqda ölkənin Səhiyyə naziri Mett Henkok danışıb. Bizimyol.info xəbər verir ki, Londonda qonaq getməyi qadağan ediblər. Oktyabrın 17-dən qapalı məkanlarda yığıncaqlara icazə verilməyəcək. Şəhər meriyası xüsusilə qonaqlıqlardan ehtiyat edir. Küçədə 6 nəfərdən artıq bir yerdə toplaşa bilməz. Şəhərlərarası, eləcə də ölkələrarası səyahət məsləhət görülmür. Nəqliyyat vasitəsi kimi daha çox velosipedlərdən və samokatlardan istifadə etmək tövsiyə olunur.

Böyük Britaniya hökuməti üç səviyyəli məhdudlaşdırma nəzərdə tutub. Londonun ikinci səviyyədə yer aldığı bildirilir. Məhdudlaşdırma qərarı hamının ürəyincə deyil. Sentyabrın sonlarında Londonda minlərlə insan təcrid qərarlarının əleyhinə etiraz aksiyasına toplaşmışdı. Əvvəlcə sərt müdaxilə olmasa da, sonradan polis əməkdaşlarıyla etirazçılar arasında qarşıdurma müşahidə edilmişdi. Böyük Britaniyada koronavirusa yoluxanların sayı 654 min nəfəri keçib. Azı 43 min pasiyent həyatını itirib.