ÖLÜM XƏBƏRİ YAYILMIŞDI! – ORTAYA ÇIXDI

    3

    Qətəri blokadaya alan ölkələrin liderləri Misirə toplaşdılar

    Hurriyyet.org xəbər verir ki, Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salman 27 gün boyunca görünmədiyi üçün İranın “Keyhan” qəzeti onun ötən aydakı çevriliş cəhdi zamanı öldürülmüş ola biləcəyini iddia eləmişdi. Bundan sonra şahzadə Misirdə ictimaiyyət arasına çıxıb.

    Qətərə qarşı sanksiyalar tətbiq edən ölkələrin liderləri bundan bir neçə gün əvvəl Qahirə şəhərində Misir prezidenti Əbdülfəttah əs-Sisinin qonağı olublar. Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın ofis müdiri Bədr əl-Əsakir “Tvitter” sosial şəbəkəsindəki hesabında açıqlama verərək yazıb: “Bir neçə gün bundan əvvəl Misir prezidenti Əbdülfəttah əs-Sisinin ev sahibi olduğu dostluq görüşü davam edir”. Həmin yazının yanında verilən fotoda bin Salman əllərini Bəhreyn kralı Həmid bin İsa Əl Xəlifə ilə Misir prezidenti Sisinin çiyninə qoyub və onların yanında Əbu Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayid dayanıb.

    Qətəri blokadaya alan ölkələr bu görüşlərlə bağlı rəsmi açıqlama verməyib. Əsakir də görüşün harada və nə vaxt keçirildiyi barəsində məlumat paylaşmayıb.

    Hurriyyet.org