“Ölkəyə idxal edilən ərzaq məhsulları ƏDV-dən tam azad edilməlidir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

72

“Koranavirusla bağlı sosial paketin qəbul olunması təqidrə layiqdir. Kredit və kommunal xərclərlə bağlı güzəştlərin edilməsi əhalinin müəyyən kəsiminin vəziyyətinə müsbət təsir edəcək. Sahibkarlara və digər sahələrə ayrılan vəsaitdən sahibakarlıq subyektləri səmərəli istifadəsinə nəzarət edilməlidir”. Hurriyyet.org xəbər verir ki, bu barədə Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadə  deyib.

“Qazın limitinin aradan qaldırılması və benzinin ucuzlaşmasına gedilməlidir”

Əsədullazadə qeyd edib ki, aylıq əmək haqlarından vergi tutlması dayandırlmalıdır: “Qazın limitinin aradan qaldırılması və benzinin ucuzlaşmasına gedilməlidir. Bu, əhalinin sosial vəziyyətinə müsbət təsir edər. Ölkəyə idxal edilən ərzaq məhsulları ƏDV-dən tam azad edilməlidir. Dövlət başçısı İlham Əliyev post-neft dövrünə keçidi qeyd etdi. Prezidentin bu çıxşı çox ciddi məsələdir və islahatların labüdlüyünü özündə ehtiva edir”.

“Koronavirus bütün dünyada siyasi və iqtisadi dəyişikiliyi gətirir”

M. Əsədullazadənin fikrincə, liberal və rəqabətli iqtisadiyyata keçilməli və əhalinin sosial vəziyyətinin bu çətin dönəmdən sonrada yaxşılaşdırılması üçün ciddi güzəştlərin edilməsi mütləqdi: “Koronavirus bütün dünyada siyasi və iqtisadi dəyişikiliyi gətirir. Azərbaycanda bundan yan keçməyəcək və ölkənin güclənməsi üçün səmərəli addımların atılması, xalq və dövlət birliyi qorunmalıdır”.

“Bu çətin sınaqda vətəndaş onun yanında dövlətin olmasını hiss etməlidir. Bu pandemiya göstərdi ki, sosial dövlət modeli reallığa söykənməkdir və dövlətin də məhz missiyası öz vətəndaşının rifahını yaxşılaşdırmaqdır”,-deyə politoloq vurğulayıb.

 Şamo EMİN, Hurriyyet.org