Əliyev, Putin və Ruhaninin görüş vaxtı məlum oldu

    21

    Rusiya, İran və Azərbaycan prezidentlərinin bu ilin avqust ayının 14-də görüşü gözlənilir.

    Hurriyyet.org azvision.az-a istinadla bildirir ki, bu barədə Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov məlumat verib.

    “Yeni format hazırlanıb – Rusiya, İran və Azərbaycan. Belə başa düşürəm ki, görüş 14 avqustda Rusiyada baş tutacaq”, – deyə Umaxanov İran parlamentinin birinci vitse-spikeri Məsud Pezeşkianla görüşündə bildirib.

    Məlumata əsasən, 3 ölkənin dövlət başçılarının görüşü Soçidə keçiriləcək.