Liviyadan gözlənilməz xəbər – BMT BƏYAN ETDİ

15

Hurriyyet.org xəbər verir ki, Birləşmiş Millətlər təşkilatının Liviyaya Dəstək Missiyası (UNSMIL), Liviya hökuməti ilə ölkənin şərqindəki qiyamçı qüvvələrin lideri Xəlifə Həftərin atəşkəs danışıqlarına yenidən başlamağa razı olduğunu bildirib. UNSMIL tərəfindən atəşkəs danışıqları ilə bağlı verilən yazılı açıqlamada sülh danışıqlarıın və müvafiq təhlükəsizlik qaydalarının fevralın 23-də birgə hərbi komitərinin 5+5 formatındakı danışıqlarında UNSMIL-ə təqdim edilən razılaşma əsasında həyata keçiriləcəyi bildirilir.

Tərəflər Liviyalıların layiqli və təhlükəsiz həyat yaşamalarının təminatı naminə danışıqlara davam etməyə hazır olduqlarını bildiriblər.

Hurriyyet.org