“Liviyadakı türk dronları rusları və Həftərin digər tərəfdaşlarını utandırdı” – “Vaşinqton Post

42

Hurriyyet.org xəbər verir ki, Türkiyənin PUA və silahlı dronlarının Liviyadakı uğuru dünya mətbuatında əks-səda verməkdədir. “Vaşinqton Post” (Washington Post) qəzeti Liviyanın BMT tərəfindən tanınan qanuni Milli Barışıq Hökumətinin ölkənin qərbində qiyamçılara qarşı “Qəzəb vulkanı” əməliyyatının uğurunun arxasında Türkiyənin silahlı və silahsız pilotsuz uçuş aparatlarının olduğunu bildirib. Qəzet yazır: “Türk dronları həm Rusiyanı, həm də Həftərə hərbi dəstək verən digər qüvvələri utandırdı”.

Bəlli olduğu kimi, ötən həftə aparılan əməliyyatlar nəticəsində strateji əhəmiyyətə malik Vatiyyə bazası və digər məntəqələr qiyamçı generel Xəlifə Həftərin başçılıq elədiyi və Rusiya, BƏƏ, Fransa, Misir kimi dövlətlərin dəstəklədiyi yaraqlılardan alınıb.

“Vaşinqton Post” qəzeti qiyamçı qüvvələrin mühüm strateji əhəmiyyətə malik şəhər və qəsəbələri itirdiyini və bu səbəbdən Həftər yaraqlılarının təzyiq altında olduğunu yazıb. Milli Barışıq Hökumətinin əməliyyatlarında Türkiyənin hava qüvvəsi dəstəyini də vurğulayan qəzet yazıb: “Türkiyənin dronları və hava hücumundan müdafiə sistemləri BMT-nin dəstəklədiyi hökumətin Liviyanın demək olar ki, bütün qərb ərazisini Rusiya tərəfindən dəstəklənən və ötən ildən bəri Triploini almağa çalışan Həftər qüvvələrindən geri almasına kömək elədi”.

Xəbərdə təqribən 5 ay bundan əvvəl Rusiyanın göndərdiyi muzdlu əsgərlər və Birləşmiş Ərəb Əmirliklərinin göndərdiyi pilotsuz uçuş aparatları vasitəsilə Həftərin gücləndiriliyi bildirilir. Türkiyə ilə Liviya arasında əldə edilən razılaşmadan sonra Türkiyənin Milli Barışıq Hökumətinə hərbi dəstəyini gücləndirdiyi və bununla əlaqədar MBH-nin əməliyyatlarının uğurla keçirilməyə başladığı qeyd edilir. Ölkənin qərbindəki strateji şəhərlərdən və qəsəbələrdən sonra Tunislə sərhədlərin təminat alrında alınması nəticəsində MBH ordusunda ruh yüksəkliyi yarandığı bildirilir. Qəzet Həftərə tabe olan qüvvələrin istifadə elədiyi Rusiya istehsalı olan Pantsir hava hücumundan müdafiə sistemlərini məhv eləməsindən bəhs edərkən yazıb: “Türkiyənin silahsız və silahlı pilotsuz uçuş aparatları Rusiyanı və Həftərin digər hərbi tərəfdaşlarını utandırdı”.

Hurriyyet.org