Liviyada Vatiyyə bazası BOMBALANDI!

36

Hurriyyet.org xəbər verir ki, Liviyada Milli Barışıq Hökumətinin nəzarətindəki Vatiyyə hərbi hava bazası naməlum təyyarələr tərəfindən bombalanıb. Müdafiə nazirliyindən olan mənbə bəzi sistemlərin zədələndiyini bildirib və əlavə edib: “Hücum qiyamçı Həftərin və xarici qüvvələrin qeyri-sabitlik şəraitini davam etdirmək iradəsini göstərməkdədir. Çevrilişçi Həftəri aşkar şəkildə dəstəkləmə davam elədikcə, qeyri-sabitlik şəraiti də davam edəcəkdir”.

Liviyanın Milli Barışıq hökuməti hücumla bağlı açıqlama verib. Müdafiə nazirinin müavini Səlahəddin Nemruş hücuma lazım gələn vaxtda və yerdə cavab veriləcəyini bildirib.

Hurriyyet.org