Liviyada atəşkəs elan edildi

60

Hurriyyet.org xəbər verir ki, Liviyanın Milli Barışıq Hökuməti atəşkəs elan edərək, Sirtenin tərk-silah olmasını tələb edib. Hökumətin başçısı Fəyyaz əs Sərrac ölkədəki bütün hərbi qüvvələrə dərhal hərbi əməliyyatları dayandırmaq təlimatı verib. Sərrac de-fakto atəşkəs üçün Sirte ilə Cufranın silahdan təmizlənmiş rayonlar olmalı olduğunu bəyan edib.

Liviya Milli Barışıq Hökuməti həmçinin, mart ayında parlament və prezident seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.