Liviya: “Türkiyənin ölkəmizdəki varlığı balansı təmin edir”

9

Hurriyyet.org xəbər verir ki, Liviyanın Milli Barışıq Hökumətinin xarici işlər naziri Məhəmməd ət Tahir Seyyale Türkiyə qüvvələrinin paytaxt Tripoli şəhərindəki dinc sakinləri qorumaq üçün Liviyaya getdiyini vurğulayaraq söyləyib: “Türkiyənin Liviyadakı varlığı meydanda balansı təmin edir”.

BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasında iştirak eləmək üçün Liviyanın Milli Barışıq Hökumətinin başçısı Fəyaz əs Sərrac ilə İsveçrənin Cenevrə şəhərinə gələn Seyyale ölkəsindəki son hadisələrlə bağlı mətbuat konfransındakı çıxışında bu sözləri söyləyib. O, ölkənin şərqindəki qiyamçı qüvvələrin lideri Xəlifə Həftəri tənqid edərək deyib: “Həftər masanı (danışıqlar masası nəzərdə tutulur – red.) devirdi və Tripoliyə qarşı hərbi əməliyyata başladı”.

Seyyale Həftər qüvvələrinin paytaxtın mərkəzində yaşayan dinc əhalini və mülki binaları hədəfə aldığını xatırladıb.

Hurriyyet.org