Liviya Milli Ordusu Türkiyənin 6 vətəndaşını saxladı – ANKARADAN SƏRT REAKSİYA

    15

    Feldmarşal Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Türkiyənin 6 vətəndaşını saxlayıb.

    Hurriyyet.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Məlumatda deyilir: "Altı vətəndaşımız Haftarın qanunsuz birləşmələri tərəfindən saxlanılıb. Bu hərəkətlər quldurluq və piratçılıq aktı kimi qiymətləndirilir. Türkiyə, vətəndaşlarının tezliklə azad edilməsini istəyir".

    Bildirilir ki, əks halda general Haftarın qüvvələrinə layiqli cavab veriləcək.

    Türkiyənin güc strukturlarının rəhbərləri də hadisəyə kəskin reaksiya veriblər.