Liviya üçün 5+5 dialoqu – Rəsmən başladı

51

Hurriyyet.org xəbər verir ki, Liviyanın BMT tərəfindən tanınmış Milli Barışıq Hökumətini 5+5 komitəsində təmsil edən bir mənbə BMT nümayəndə heyətinin iştirakı ilə iki tərəf arasında təmasların bu gün başladığını bildirib. Mənbə danışıqların davam eləməsi üçün bəzi “ilkin şərtlərin” həyata keçməli olduğunu bildirib. Bu ilkin şərtlər arasında, böhran səbəbindən didərgin düşmüş vətəndaşların geri qayıtması, Həftərə bağlı qüvvələri 2109-cu il 4 aprel tarixinə qədərki mövqelərinə geri çəkilməsi və Həftərin hər hansı bir “lider” mövqeyini tərk eləməsi var.

5 + 5 dialoq komitəsi nədir?

5+5 dialoq komitəsi İsveçrənin Cenevrə şəhərində 3 fevral tarixində əsası qoyulan və 5 üzvü Milli Barışıq Hökuməti, digər 5 üzvü isə Xəlifə Həftər qüvvələrindən ibarət birgə hərbi komitədir. Komitənin vəzifəsi iki tərəf arasında BMT nümayəndələrinin iştirakı ilə dialoq həyata keçirməkdir.

Hurriyyet.org