Liviya ordusu Türkiyə silahları ilə Rusiya müdafiə sistemini MƏHV ETDİ

57

Türkiyə ilə Rusiya texnikalarının savaşı

Hurriyyet org xəbər verir ki, Liviya ordusu  ölkənin şərqində qiyamçı  general Həftərə tabe olan yaraqlıların daha bir hava hücumundan müdafiə sistemini məhv edib.  

Liviyada qiyançılara məxsus artıq üçüncü Pantsir hava hücumundan müdafiə sistemi yerlə bir edilir. Rusiya istehsalı olan Pantsir sisteminin Xəlifə Həftərin ordusuna Birləşmiş Ərəb Əmirliklərinin verdiyi bildirilir.

Liviya ordusunun rəsmi nümayəndəsi podpolkovnik Məhəmməd Kununu yazılı açıqlamasında hava qüvvələrinin Sirt şəhərinin cənubunda Həftər milislərinə məxsus Rusiya istehsalı olan Pantsir sistemini və elektron siqnal pozucusunu məhv etdiklərini bəyan edib.

Açıqlamada orduya məxsus silahlı pilotsuz uçuş aparatlarının son 48 saat ərzində BƏƏ-nin Həftər milislərinə verdiyi üçüncü hava hucumundan müdafiə sistemini zərərsizləşdirdiyi bildirilir.

Dünənə qədər Həftər milislərinin işğalı altındakı Vatiyye Hərbi hava bazasındakı digər iki hava müdafiəsi sisteminin də ordu tərəfindən havadan vurulduğu açıqlanmışdı.

Qeyd edək ki, Fransanın “Le Monde” qəzetində ötən ayda dərc edilən bir məqalədə Türkiyənin Liviyada yeni nəsil Silahlı Pilotsuz Uçuş Aparatı ilə təmin eləməsi nəticəsində ölkədə güc balansının tamamilə Həftərin əleyhinə dəyişdiyi bildirilmişdi.

Hurriyyet org