Liviya Milli Neft Şirkəti açıqlama verdi: “Zərərimiz 8 milyard dolları keçib!”

54

 

Hurriyyet.org xəbər verir ki, Liviyanın Milli Neft Şirkəti çevrilişçi general Xəlifə Həftərin tərəfdarlarının 7 aydan uzun müddət ərzində neft istehsalının qarşısını kəsməsi, onların üzündən liman və neft mədənlərinin bağlı qalması səbəbindən ölkənin 8 milyard dollardan artıq zərərə məruz qaldığını bildirib.

Qiyamçılara görə limanların və neft mədənlərinin 208 gün ərzində bağlı qalması səbəbindən dəyən zərər 8 milyard 221 milyon dollara bərabər olub.