Liviya hökuməti BƏƏ-nin əleyhinə olan dəlilləri BMT-yə təqdim edəcəyini BƏYAN ETDİ

12

Hurriyyet.org xəbər verir ki, Liviya hökuməti ölkənin şərqindəki qiyamçı qüvvələrin lideri general Həftərin yaraqlılarından xilas edilən Vatiyyə hərbi bazasında ələ keçirilən, Birləşmiş Ərəb Əmirliklərinin əleyhinə olan dəlilləri Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına təqdim edəcəyini bəyan edib.

Liviyanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Məhəmməd əl Kablavi “Fabrayer” televiziyasına açıqlamasında Liviya ordusunun nəzarəti tamamilə əlinə keçirdiyi Vatiyyə hərbi bazasında ələ keçirilən dəlillərlə bağlı belə deyib: “BMT TŞ-nin qərarlarını pozan BƏƏ-nin Liviyadakı qətliamlardakı rolunu göstərən dəlilləri açıqlayacağıq. Hansı ölkələrin Liviyaya qarşı silah embarqosunu pozduğu barədə sübutları BMT TŞ-yə təqdim edəcəyik”.

Hurriyyet.org