Liviya hökumətindən Həftər ilə bağlı qəti qərar

69

Hurriyyet.org xəbər verir ki, Liviya hökuməti Baş nazir Fəyyaz Sərrac ilə çevrilişçi general Həftərin Parisdə görüşəcəkləri ilə bağlı mediada yayılan məlumatların doğru olmadığını bildirib.

Bu açıqlamanı Liviya Nazirlər Şurasının mətbuat nümayəndəsi Qalib əl Zaklai verib. O, “Tvitter” hesabındakı açıqlamasında yazıb: “Beynəlxalq vasitəçilər nə qədər böyük olursa-olsunlar, nə yaxın, nə də uzaq gələcəkdə belə bir görüş olmayacaq”.

Intelligence Online” adlı qəzetdə verilən xəbərdə gələcək cümə axşamı günü Fransanın paytaxtı Paris şəhərində, Tobrukdakı Nümayəndələr Məclisinin başçısı Akile Salih, qiyamçı general Xəlifə Həftər və Fəyyaz Sərracın da iştirak edəcəyi görüşün keçiriləcəyi xəbəri verilmişdi.