“Liverpul” tarixinin 10 000-ci qolunu vurdu – VİDEO

27

İngiltərənin “Liverpul” komandası Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda evdə Danimarka “Midtüllann”ına qarşı matçda öz tarixinin 10 000-ci qolunu vurub.

Hurriyyet.org xəbər verir ki, bu barədə klubun rəsmi “Twitter” səhifəsi məlumat yayıb.

Qolun müəllifi portuqal futbolçu Dioqu Jota olub.

Liverpul şəhərində keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə qurtarıb.

Mersisayd klubu növbəti turda səfərdə “Atalanta” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Liverpul” 1892-ci ildə yaradılıb. “Qırmızılar” 10 000 qolu vurmaq üçün 5 753 matç keçirməli olublar.