Livanlılar Makronun səfərindən narahat oldu: “İşimizə qarışma”

93

Hurriyyet.org xəbər verir ki, Livan ictimaiyyəti Fransa Prezidenti Emmanuel Makronun səfərini ölkənin daxili işlərinə müdaxilə kimi qəbul edib. Makronun ölkəyə səfəri etirazlarla müşayiət olunub.

Livanlı jurnalist, yazar və akademiklər Fransa prezidenti Emmanuel Makronun səfərini Livanın daxili işlərinə müdaxilə kimi qiymətləndiriblər.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, jurnalist Həsən əl Layik sosial media hesabından verdiyi açıqlamada Prezident Sarayının birbaşa Fransa hakimiyyətinin altında olduğunu bildirib: “Baş nazir Fransa tərəfindən seçilib. Hökumət birbaşa Fransa hakimiyyətinin altında qurulur, nazirliklər açıqlanır, limanı yenidən inşa eləmək üçün planlar qurulur, Livan Bankında ədliyyə istintaqı aparılır, Riyad Selamenin geri çəkilməsi təmin edilir və elektrik təmir edilir”.

Yazıçısı Cerciz Hayik isə belə yazıb: “Fransa-İran razılaşmasının nəticəsi budur: zaman sərf eləmək üçün Edib hökumətə başçıqlıq edir, xalq isə Nevvaf Salamın baş nazir olmasını istəyir”.

Araşdırmaçı jurnalist Nizar Sellum isə sosial media hesabında yazıb: “Baş nazirin kim olacağı məsələsinin müzakirələrində millət vəkilləri ilə prezident Mişel Avn danışır, yoxsa Makron?”

Professor Əsəd əbu Xəlil də hökumətin qurulmasına Fransanın müdaxilə etməsi ilə keçmişdə Suriya rejiminin müdaxiləsi arasında bir fərq olmadığına işarə vurub: “Mədəniləşən Livan hökumətinin (Suriyanın keçmiş Kəşfiyyat naziri və Keçmiş Daxili İşlər naziri general) Qazi Kənan tərəfindən qurulduğu bir mərhələdən hökumətin Makron tərəfindən qurulduğu bir mərhələyə keçdiyi zaman mədənilikdə ucaldığı hiss edilir”.

Fransa Prezidenti E.Makron dünən Beyrut limanında partlayışın baş verdiyi bölgəni ziyarət edəndən sonra BMT və qeyri-hökumət təşkilatlarının nümayəndələri görüşmüşdülər.

Makron demişdi: “Koordinasiyaya ehtiyac var. Şəffaflıq və məlumat mübadiləsi məsələsində problem olduğu fikrindəyəm. Səyləri birləşdirmək üçün BMT platformasında çalışmaq lazımdır. Yardımlar da təqib edilməlidir”.

Beyrut limanındakı partlayışın ardından Livana ikinci səfərini həyata keçirən Makron dünən səhər Livan dövlətinin 100-cü ildönümü tədbirlərində iştirak eləmişdi.