“Livanla qarşıdurmamız başa çatmayıb” – İsrail XİN-dən AÇIQLAMA

21

Hurriyyet.org xəbər verir ki, İsrailin xarici işlər naziri Qabi Aşkenazi İsrail hərbçilərinin Cənubi Livanı tərk eləməsinin 20 illiyi barəsində danışarkən Livanla İsrailin qarşıdurmasının hələ bitmədiyini söyləyib.

Aşkenazi deyib: “Livan torpağında mən özümün ən yaxşı komandirimi itirmişəm. Lakin qarşıdurma hələ başa çatmayıb. O gecədən 20 il keçib. Biz hərbçilərimizi Livandan çıxarmışıq. Lakin bu, hər şeyin başa çatdığı demək deyil”.

İsrail ordusu Livan ərazisinə 1978-ci ildə müdaxilə edib.

2000-ci ilin 25 may tarixində isə Tel-Əviv öz hərbçilərini Livan ərazisindən çıxarıb.

Hurriyyet.org