Livanın yeni Baş nazirinin kimliyi bəlli oldu

93

Hurriyyet.org xəbər verir ki, Livan prezidenti Mişel Aun  bundan əvvəl ölkənin Almaniyadakı səfiri vəzifəsini icra etmiş 48 yaşlı Mustafa Adibə yeni hökuməti qurmaq vəzifəsini həvalə edib. Yeni baş nazirin namizədliyini Livanın bütün sünni icmalarının liderləri dəstəklyiblər. O, parlamentdə də səs çoxluğu qazanıb. Yeni Baş nazirin formalaşdıracağı Nazirlər Kabineti də parlament tərəfindən dəstəklənməlidir.

Mustafa Adib 2013-cü ildən Almaniyada səfir vəzifəsini icra edir. O, Livanın keçmiş baş naziri (2005, 2011–2013-cü illər) Nəcib Mikatiyə yaxın adam hesab olunur.