Livanın Xirosiması – Amerikalı ekspert: “Beyrutdakı partlayışda sarı dumanın olmaması…”

135

Hurriyyet.org xəbər verir ki, dünən axşam radələrində Livanın Beyrut şəhərində baş verən, azı 100 nəfərin ölümünə, minlərlə insanın yaralanmasına, paytaxtın böyük bir hissəsinin yerlə yeksan olmasına səbəb olan partlayışla bağlı amerikalı ekspert açıqlama verib.

Partlayışın səbəbinin 2 min 750 tondan artıq olan ammonium nitratın olduğu anbarın yanması olduğu ehtimal edilir. Bu barədə açıqlamanı Livan prezidenti Mişel Avn verib.

ABŞ-ın Alkoqol, Tütün və Odlu Silahlar Nazirliyinin əməkdaşı olmuş, keçmiş partlayıcı mütəxəssisi Toni Mey CNN-ə müsahibəsində deyib: “Hökumətlə əməkdaşlıq edərək, həm milli, həm də beynəlxalq səviyyədə çox sayda qəza təhqiqatı aparmışam. Açıq şəkildə deyə bilərəm ki, qəzaya səbəb olan partlayış yanmağa başlanan bir binada saxlanılan çox miqdarda partlayıcı maddənin alışması səbəbindən baş verib. Bağdadda işləyərkən əldə elədiyim təcrübəyə əsasən deyə bilərəm ki, ammonium-nitrat partlayışının əlaməti sarı duman bulududur. Beyrutdakı partlayışda görünən çəhrayı, yaxud da qırmızı bulud isə ammonium-nitrat əlamətinə bənzəmir. Lakin bu o demək deyil ki, partlayışda ammonium-nitrat olmayıb. Bu, sadəcə, başqa elementlərin də olduğu demək ola bilər”.

Qeyd edək ki, BBC kanalının keçmiş müxbiri Emilia Papadopoulos Beyrutdan 240 kilometr uzaqlıqda, Kiprin Limasol şəhərində yerləşən evlərində partlayışın dalğasını hiss elədiklərini, evlərin pəncərələrinin titrədiyini bildirib.

Hurriyyet.org