Livanın Baş Naziri istefa vermək niyyətində olduğunu açıqlayıb

96

Livanın Baş Naziri Hassan Diab istefa vermək niyyətindədir. 

APA-nın “Al-Arabiya”ya istinadən verdiyi xəbər görə, Baş Nazir H. Diab bu barədə Prezident Mişel Aounu məlumatlandırdığını bildirib.

Qeyd edək ki, yanvarda formalaşan yeni Nazirlər Kabinetinin atıq 3 naziri – İnformasiya, Ədliyyə və Ətraf Mühit nazirləri istefa verib. Maliyyə naziri də istefasını təqdim edəcəyini bildirib.  

Zümrüd Paşkin