Livanda fransızlarla bağlı islahat planı iddiası: gizli sənəd təqdim ediblər

63

Hurriyyet.org xəbər verir ki, Beyrutdakı partlayışın ardından ölkəyə səfər etmiş  fransız məmurların livanlı siyasətçilərə və ölkədəki vəzifəli şəxslərə tətbiq edilməsi üçün genişmiqyaslı islahat planlarının əks olunduğu sənəd təqdim elədiyi irəli sürülüb.

Prezidentə yaxın mənbələrdən alınan məlumata görə,  “Fransa bir müddət əvvəl livanlı məmurlara siyasi və iqtisadi islahatlarla bağlı zəruri məqamların qeyd edildiyi bir sənəd təqdim edib. Fransa həm də Livana dəstək üçün CEDRE konfransında vəd edilən yardımlarla bağlı mühüm bir dönüş əldə edilməsi üçün bu islahatların məcburi olduğunu vurğulayıb”.

Fransanın sənəddə bəhs elədiyi yardımların CEDRE konfransı ilə bağlı olduğu, Beyrut limanındakı partlayışa görə yardımlarla əlaqədar olmadığı bildirilib.

İki hissədən ibarət olduğu bildirilən sənədlə bağlı detallı açıqlama verilməyib.

Livan ümumdaxili məhsulun dəyərinin 170%-I həcminə bərabər olan 92 milyard dollar məbləğindən artıq ümumi borc yükü altındadır.

Ərəb ölkəsinin 20 milyard dollardan artıq xarici dəstəyə ehtiyacı var. Bu dəstəyin 11 milyardı 2018-ci ildə Parisdə keçirilmiş “CEDRE” konfransı tərəfindən təsdiqlənmiş, lakin hələlik razılaşdırılmamış bir iqtisadi islahat proqramı çərçivəsində verilməsi gözlənilir.