Litva rəsmi olaraq Gürcüstanın adını dəyişib

    15

    Litvanın rəsmi şəxsləri Gürcüstan üçün alternativ addan – Sakartvelodan istifadə edəcək.

    Hurriyyet.org xəbər verir ki, Oxu.Az Lenta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə DELFI portalı məlumat yayıb.

    “Mayda Litva prezidenti Dalya Qribauskayte Sakartvelonun 100 illiyi ilə bağlı təntənəli mərasimdə iştirak zamanı bu addan istifadə edəcək”, – dövlət başçısının mətbuat xidmətindən bildirilib.

    Litva parlamentinin spikeri Viktoras Pransketisin mətbuat katibi bildirib ki, o da Gürcüstan üçün bu addan istifadə edəcək və buna şaddır. Artıq Sakartvelo adı rəsmi sənədlərdə də istifadə ediləcək.