Lionel Messinin 4-cü oteli açılır

54

“Barselona”nın kapitanı Lionel Messi otellərinin sayını artırıb. Apasport.az saytının məlumatına görə, argentinalı superulduz 4-cü otelinin açılışına hazırlaşır.
Dekabrın 4-də açılışı olacaq budəfəki otel İspaniyada yerləşən xizək kurortu Bakeyra Beretdə fəaliyyət göstərəcək. Leoya məxsus MİM Otellər Şəbəkəsinə daxil olan otel “4 ulduz” kimi qiymətləndirilir, 141 otağa malikdir. Ən böyük otaq 5 nəfərlikdir.
Qeyd edək ki, Lionel Messinin digər otelləri Sidjes, Malyorka və İbizada yerləşir.