Lionel Messi Pelenin rekorduna yaxınlaşdı

81

İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi daha bir əlamətdar uğuru təkrarlamaq ərəfəsindədir. Sportnet.az xarici mətbuata istinadən xəbər verir ki, 33 yaşlı hücumçu La Liqanın XIII turunda “Levante”ni 1:0 hesabı ilə məğlub etdikləri matçda komandasına qələbə qazandıran qola imza atıb.

Bu, Messinin Kataloniya təmsilçisində 642-ci qolu olub. Beləliklə, argentinalı forvard braziliyalı əfsanəvi futbolçu Pelenin “bir klubda ən çox qol vuran oyunçu” rekordunu yeniləmək üzrədir. 1956 – 1974-cü illərdə ölkəsində “Santos” klubunun formasını geyinən Pele həmin müddət ərzində 643 dəfə fərqlənib. O, daha sonra ABŞ təmsilçisi “Nyu-York Kosmos”a keçib.

Qeyd edək ki, Lionel Messi 2004-cü ildən “Barselona”nın əsas komandasında çıxış edir.